Moskvada LavrovÇavuşoğlu görüşü oldu


Dünya 28 Apr 2018 13:43:00 214 0

Moskvada LavrovÇavuşoğlu görüşü oldu

Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında görüş keçirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, görüşdə Rusiya XİN başçısı ölkələr arasında intensiv dialoqun olduğunu qeyd edib.

S. Lavrov deyib ki, Rusiya və Türkiyə arasında əməkdaşlığın bu cür dinamikası ölkə prezidentlərinin Rusiya-Türkiyə əməkdaşlığının inkişafına necə əhəmiyyət verdiyini göstərir. S. Lavrov bugünkü görüşdə, o cümlədən iranlı həmkarı ilə keçiriləcək görüşdə kompleks məsələlərin, Suriya böhranının həlli yollarının müzakirə olunacağını söyləyib.