Amerikalı gimnast: "Bakıda gimnastika yarışları üçün əla mühit var"


Digərləri 28 Apr 2018 13:48:00 311 0

Amerikalı gimnast: "Bakıda gimnastika yarışları üçün əla mühit var"

"Bakıda gimnastika yarışları üçün əla mühit yaradılıb".

Son.az xəbər verir ki, bunu Trend-ə amerikalı gimnast Lili Mitsuno deyib.

O, öz çıxışından razı qaldığını bildirib: "Hər şey çox yaxşı keçdi, mən Bakıda yaradılmış əla mühit sayəsində dəyərli təcrübə qazandım. Yarışın əvvəli çox uğurlu keçdi".

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib.

Turnirdə 26 ölkədən 127 gimnast iştirak edir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edir.

Yarışların ikinci günündə fərdi gimnastlar və qrup hərəkətləri komandaları təsnifat mərhələsində öz güclərini sınayacaqlar. Bu mərhələnin nəticəsindən asılı olaraq hər iki proqram üzrə çoxnövçülükdə qaliblər və ayrı-ayrı alətlər üzrə finala vəsiqə qazanmış gimnastların adları müəyyənləşəcək.