Şəmkirdə evdən 4700 dollar pul oğurlandı


Digərləri 28 Apr 2018 11:45:00 227 0

Şəmkirdə evdən 4700 dollar pul oğurlandı

Şəmkirdə evdən 4700 dollar pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 22-də rayon ərazisindəki evlərin birindən 4700 ABŞ dolları və 200 manat, habelə qızıl əşyalar oğurlamaqda şübhəli bilinən İpəkyolu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zaur Süleymanov saxlanılıb.