Bakıda metroda cibgirliklə məşğul olan qadın yaxalandı


Digərləri 28 Apr 2018 11:15:00 219 1

Bakıda metroda cibgirliklə məşğul olan qadın yaxalandı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindəın Son.az-a verilən məlumata görə, aprelin 27-də səhər saatlarında Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Ə.Qurbanova "Koroğlu" stansiyasında çantasından içərisində 111 manat pulu, tələbə bileti və digər sənədləri olan pulqabısının oğurlandığını bildirib.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən qadının qısa zamanda müəyyən edərək "isti izlər"lə saxlayıblar. Araşdırmalarla onun paytaxt sakini Vüsalə Zeynalzadə olduğu məlum olub.