Formula 1 Azərbaycan Qran Prisində ilk dəfə “qrid uşaqları” çıxış edəcəklər (FOTO)


Digərləri 28 Apr 2018 11:05:00 234 0

Formula 1 Azərbaycan Qran Prisində ilk dəfə “qrid uşaqları” çıxış edəcəklər (FOTO)

“Formula 1” şirkəti və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində qəbul etdiyi yeni qərara əsasən builki mövsümdən etibarən paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət edəcəklər.

Bakı. Elçin Mehdiyev - “Formula 1” şirkəti və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində qəbul etdiyi yeni qərara əsasən builki mövsümdən etibarən paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət edəcəklər. Trend-in məlumatına görə, bu yenilikdə məqsəd yarışdan əvvəl keçirilən açılış mərasimini F1 azarkeşləri, xüsusən də gənclər üçün daha maraqlı etməklə yanaşı, uşaqlar və yeniyetmələr arasında avtomobil idmanını təbliğ etməkdir. Bu təşəbbüsü ölkəmizdə Azərbaycan Avtomobil Federasiyası (AAF) ilə F1 Qran Prisinin promouteri olan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) birgə həyata keçirir. AAF və BŞH azyaşlıları bu unikal fürsətlə təmin etməklə, onlara yarışın müstəsna və ən həyəcanlı məqamının bir hissəsi olmaq imkanı yaradır.