Tramp ABŞ-ın Qüdsdə səfirliyinin açılışında iştirak edəcək


Dünya 27 Apr 2018 23:40:03 244 0

Tramp ABŞ-ın Qüdsdə səfirliyinin açılışında iştirak edəcək

ABŞ prezidenti: "Mən bu qərarımla fəxr edirəm"

ABŞ prezidenti Donald Tramp bildirib ki, o,Birləşmiş Ştatların Qüdsdə səfirliyinin açılışında iştirak edəcək.

"Report" "RT"ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Almaniya kansleri Angela Merkellə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

"Mən ora gedə bilərəm. Mən bununla çox fəxr edirəm. ABŞ-ın bir çox prezidentləri uzun illər ərzində Amerikanın Qüdsdə səfirliyini açacaqlarını vəd etdilər. Lakin onların vədlərini yerinə yetirməyə cəsarətləri çatmadı. Mən bunu həyata keçirdim. Hazırda səfirliyin açılışına hazırlıq işləri gedir", - deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, Donald Tramp ötən ilin 6 dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. Ağ Ev rəhbəri Dövlət Departamentinə ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməyi tapşırıb.

ABŞ-ın dövlət başçısınınbu qərarı bir çox dövlətlərin tənqidinə səbəb olub.