Bakıda taksi sürücüsü turisti aldadıb? TƏFƏRRÜAT VİDEO FOTO


Digərləri 27 Apr 2018 23:16:00 243 0

Bakıda taksi sürücüsü turisti aldadıb?  TƏFƏRRÜAT  VİDEO  FOTO

Sosial şəbəkələrdə Bakıda bir çinli turistin taksi sürücüsü tərəfindən aldadıldığı ilə bağlı məlumatlar yayılıb. Bu hadisə sosial şəbəkə istifadəçilərinin narazılığı və mürazakirəsinə səbəb olub. Əməkdaşlarımiz həm həmin taksi sürücüsünün, həm də şirkətin mövqeyini öyrəniblər.

Son.az bildirir ki, çinli turist Eason Zhanq başına gələn bu hadisə ilə bağlı sosial şəbəkədə status paylaşıb. Bu isə sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. O iddia edir ki, 10-TH-917 dövlət qeydiyyat nişanlı taksi avtomobilinə minib və sürücüyə "Port Baku"dan metronun "Gənclik" stansiyasının yaxınlığında yerləşən "Abu Arena"ya aparmasını deyib. Turist iddia edib ki, həmin taksi sürücüsü avtomobil hərəkətə başlayarkən taksometri işə salmayıb və mənzil başına çatdıqda ondan 15 manat pul istəyib.

Çinli turist paylaşdığı statusda qeyd edib ki, ödəniş haqqı artıq istənildiyi üçün buna etiraz edib. Bunda sonra sürücü qapını bağlayıb və yalnız pulu ödədikdən sonra qapını açacağını deyib.

Məsələ ilə bağlı həm sürücünün fəaliyyət göstərdiyi şirkətlə, həm də özü ilə əlaqə saxladıq. Məlum oldu ki, taksi avtomobilini idarə edən Şahafəddin Məmmədovdur. Onun sözlərinə görə, çinli turistən aparacağı ünvana görə 15 manat yox, 10 manat pul istəyib.


Xəbərə aid foto