Bakıda tikilməkdə olan yaşayış binasında yanğın olub


Digərləri 27 Apr 2018 22:44:00 248 0

Bakıda tikilməkdə olan yaşayış binasında yanğın olub

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda hər mərtəbəsi 320 m2 olan yaşayış binasının (tikintisi başa çatmayıb) 10-cu mərtəbəsində quraşdırılmış taxta qəliblər 50 m2 sahədə yanıb.

Taxta qəliblərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.