Azərbaycan aktrisası beynəlxalq müsabiqənin qalibi olub


Digərləri 27 Apr 2018 21:38:21 254 0

Azərbaycan aktrisası beynəlxalq müsabiqənin qalibi olub

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası XII Beynəlxalq Yay Teatr məktəbində təhsil almaq üçün müsabiqədə qalib gəlib.

Bakı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədova Rusiya Federasiyasının və Moskva vilayətinin Mədəniyyət Nazirliklərinin dəstəyi və Rusiya Teatr Xadimləri ittifaqının təşkilatçılığı ilə baş tutacaq XII Beynəlxalq Yay Teatr məktəbində təhsil almaq üçün müsabiqədə qalib gəlib. Trend-in məlumatına görə, gənc aktrisa dünyanın 30 xarici ölkə teatrları və Rusiya Federasiyasının 40 şəhərindən olan teatr aktyorları arasında seçilərək bu il iyun ayının 1-dən 28-dək Moskvada keçiriləcək Beynəlxalq Yay teatr məktəbində ölkəmizi təmsil edəcək. Rusiya Federasiyası Teatr Xadimləri İttifaqı artıq 12-ci ildir teatr sənəti sahəsində belə bir iri miqyaslı təhsil layihəsini reallaşdırır.