Bədii gimnastika üzrə Dünya Kubokunda halqa və topla hərəkətlərdə finalçılar məlum olub


Digərləri 27 Apr 2018 19:22:00 329 0

Bədii gimnastika üzrə Dünya Kubokunda halqa və topla hərəkətlərdə finalçılar məlum olub

Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda halqa və topla hərəkətlərdə finalçılar məlum olub.

Son.az Trend-ə istinadən bildirir ki, topla hərəkətlərdə finala Mariya Sergeyeva və Yekaterina Seleznyova (Rusiya), Kaho Minaqava (Yaponiya), Anastasiya Salos (Belarus), Vlada Nikolçenko (Ukrayna), Katrin Taseva (Bolqarıstan), Laura Zenq və Lili Mizuno (ABŞ) çıxıblar.

Halqa ilə hərəkətlərdə finala Mariya Sergeyeva (Rusiya), Anastasiya Salos və Katerina Qalkina (Belarus), Salome Pajava (Gürcüstan), Laura Zenq (ABŞ), Katrin Taseva və Boryana Koleyn (Bolqarıstan) və Vlada Nikolçenko (Ukrayna) çıxıblar.