Pakistanda toyda partlayış baş verib, 3 nəfər ölüb, 30-u yaralanıb


Dünya 27 Apr 2018 18:52:30 288 0

Pakistanda toyda partlayış baş verib, 3 nəfər ölüb, 30-u yaralanıb

Naməlum silahlı şəxslər toyun keçirildiyi evə bir neçə əl qumbarası atıb

Pakistanın şimal-qərbində toydapartlayışbaş verib.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, hadisə aprelin 26-daaxşam saatlarında Şimali Vəziristan vilayətinin Qulam Xan rayonunda qeydə alınıb.

Naməlum silahlı şəxslər toyun keçirildiyi evə bir neçə əl qumbarası atıb.Nəticədə ən azı 3 nəfər ölüb, 30 nəfər müxtəlif dərəcəli bədənxəsarətləri alıb. Onlarınarasında qadın və uşaqların olduğu da bildirilir.

Polis araşdırma aparır.