“Bəzi sürücülər “tələsirəm” deyib yolda zəncirvarı problemlər yaratmamalıdır”


Digərləri 27 Apr 2018 10:42:00 219 0

“Bəzi sürücülər “tələsirəm” deyib yolda zəncirvarı problemlər yaratmamalıdır”

Paytaxt yollarında yaranan tıxac və sıxlığı yaradan hallar diqqətdə saxlanılır. Bakı şəhərinin küçə və prospektlərdə günün pik saatlarında yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə, kompaniya xarakteri daşımayan tədbirlər davam etdirilir.

Son.az xəbər verir ki, bunu Trend-ə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, inzibati ərazi üzrə avtomobil hərəkətinin intensiv olduğu istiqamətlərdə yol təmiri ilə əlaqədar olaraq, sürücülər təmkinlə və ehtiyatla qaydalara əməl etməlidir: "Xüsusilə, yerlərdə aparılan monitorinq və araşdırmalar göstərir ki, təmirlə bağlı məhdudlaşdırılan yollarda sürücülərin əksəriyyəti qarşı yola keçməklə üstünlüyü olan avtomobilin hərəkətini dayandırmaqla sünü tıxacın yaranmasına səbəb olur".

Vaqif Əsədov qeyd edib ki, yol qovşaqlarında hərəkət işıqforlala, yol nişanları ilə nizamlanır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq, bir sıra hallarda yollarda qurulan texnologiyalara məhəl qoyulmur: