Kim Çen Inın bacısı Şimali və Cənubi Koreyanın birləşdirilməsinin tezləşdirilməsini təklif edib


Dünya 27 Apr 2018 08:41:51 271 0

Kim Çen Inın bacısı Şimali və Cənubi Koreyanın birləşdirilməsinin tezləşdirilməsini təklif edib

Bu təklif müzakirə masasında əyləşənlərdə səmimi gülüşə səbəb olub

Şimali Koreya liderinin bacısı Kim Yo Çjon Cənubi Koreya tərəfi ilə danışıqlar zamanı iki dövlətin birləşdirilməsinin tezləşdirilməsini təklif edib.

“Report” xəbər verir ki, bunu Cənubi Koreya prezidentinin mətbuat katibi Yun Yon Çxan deyib.

"Kim Yo Çjon bildirdi ki, Koreyaların birləşdirilməsini sürətləndirmək lazımdır", — deyə TASS onun sözlərini sitat gətirib.

Mətbuat katibinin sözlərinə görə, bu təklif müzakirə masasında əyləşənlərdə səmimi gülüşə səbəb olub.