Dərbənddə 11 İŞİD tərəfdarı məhv edilib


Dünya 27 Apr 2018 04:30:00 225 0

Dərbənddə 11 İŞİD tərəfdarı məhv edilib

Dağıstanın Dərbənd şəhərində aprelin 21-i və 24-ü xüsusi əməliyyat zamanı İŞİD terror qruplaşmasının 11 tərəfdarı məhv edilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətindən bildiriblər.

Məlumata əsasən, məhv edilən şəxslər Dağıstanda hüquq-muhafizə orqanları əməkdaşlarına və hakimiyyət nümayəndələrinə hücumlar planlaşdırıbmışlar. Saxlanılma zamanı silahlı müqavimət göstərmiş İŞİD tərəfdarı cavab atəşi ilə məhv edilib.