Cəm halında dua etməyin misilsiz bərəkətləri


Digərləri 26 Apr 2018 23:20:00 367 0

Cəm halında dua etməyin misilsiz bərəkətləri

Baxmayaraq ki, Allahın bəndələrin dualarında xəbəri vardır, ancaq duanın ədəbi budur ki, onu dilinə gətirəsən.

İmam Sadiq (ə) buyurur: "Allah bilir ki, bəndələri dua edən zaman nə istəyirlər. Ancaq istəyir ki, hacətlər dərgahında şərh olunsun".

Kəəb Əxbar nəql edir ki, Tövratda belə yazılmışdır: "Ey Musa! Mən yaratdıqlarımdan qafil deyiləm. Ancaq istəyirəm ki, bəndələrimin dua avazını mələklərimə eşitdirəm və mələklər Adəm övladının Mənə yaxınlaşmasını görsünlər. Bunu nəzərə alaraq, Mən onlara bu yaxınlaşma üçün güc verərəm və lazım olanları onlar üçün hazır edərəm".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman sizlərdən biriniz dua edər, hamı üçün dua etsin ki, bu duanın yerinə yetməsi daha yaxındır".

Cəm halında dua etmək İslami təlimlərdə bəyənilən əməllərdən hesab olunur. Allah Təala buyurur: "Öz nəfsini həmişə özlərinin Rəbbinin razılığını diləyən halda sübh vaxtı və axşamçağı Onu çağıranlara qoş". ("Kəhf" 28).