ABŞ-da neft zavodunda partlayış olub, 20 nəfər xəsarət alıb


Dünya 26 Apr 2018 22:56:48 245 0

ABŞ-da neft zavodunda partlayış olub, 20 nəfər xəsarət alıb

Zavodun bir mil radiusunda yaşayan insanların köçürülməsinə başlanıb

Cümə axşamı ABŞ-ın Viskonsin ştatında yerləşən neft emalı zavodunda baş vermiş partlayış nəticəsində təqribən 20 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Süpirior şəhərinin yanğın xidmətinin rəisi Stiv Pancerin sözlərinə görə, ehtimal ki, ya xam neft, ya da bitum olan kiçik bir konteyner partlayıb.

Partlayışdan sonra yanğın baş verib. Heyət üzvləri təxliyyə olunub. Yanğını əvvəlcə nəzarətə götürmək mümkün olub, lakin sonradan o, yenidən alovlanıb.

Telekanalın məlumatına görə, xəstəxanalara 5 nəfər yerləşdirilib, ölən yoxdur.

Şəhər polisi öz "Twitter" səhifəsində bildirib ki, zavodun bir mil radiusunda yaşayan insanların köçürülməsinə başlanıb.