Günahkar seyyidlərə cəhənnəmdə əzab verərlərmi?


Digərləri 26 Apr 2018 22:50:00 236 0

Günahkar seyyidlərə cəhənnəmdə əzab verərlərmi?

Həzrət Peyğəmbər (s) biz müsəlmanlardan öz nəslinə qarşı hörmətdən başqasını istəməmişdir, ancaq bu, o demək deyildir ki, günahkar seyyidlər cəhənnəm əzabı görməyəcəklər.

Son.az deyerler.org-a istinadən bildirir ki, insanlar həmişə seyyidlərə xüsusi ehtiram və hörmətlə yanaşmış və onların hörmətini həmişə saxlamağa çalışmışdılar. Çünki bu insanların bədənlərində Peyğəmbərin (s) və Məsum İmamlarımızın (ə) qanı axır. Bu insanlar Məsumlara (ə) bizdən daha yaxındırlar. Bu ehtiramın kökündə isə Quran ayəsi durur: "De: "Sizdən bunun (İlahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm". Kim bir yaxşı iş görsə (daha artıq məhəbbət göstərsə), Biz onun üçün həmin işdə yaxşılıq (savab) artırarıq (onun təbii mükafatına ən azı on dəfə artıq əlavə edərik). Həqiqətən Allah bağışlayan və qədirbiləndir". ("Şura" 23).

Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır ki, buyurur: "Mənim zürriyəmin yaxşılarına Allaha xatir hörmət edin və pislərinə isə mənə xatir".

Avam insanlar belə hesab edirlər ki, seyyidlər heç bir zaman cəhənnəm atəşində yanmazlar. Sanki cəhənnəmdə onlar üçün soyuq cəza hazırlanmışdır ki, o məkanın adı Zəmhərirdir. Ancaq hədislərdə bununla bağlı bir məlumata rast gəlinməmişdir.

Əslində hədislərimiz buyurur: "Allah cəhənnəmi günahkarlar üçün hazırlamışdır, baxmayaraq ki, o günahkar Qureyş seyyidi olsa belə".