Bakıda 100ə yaxın sakin qəzalı vəziyyətdə olan


Digərləri 26 Apr 2018 21:11:00 243 0

Bakıda 100ə yaxın sakin qəzalı vəziyyətdə olan

Bakıda 100-ə yaxın sakin qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürüldü. Onlara yeni tikilən binadan mənzillər veriləcək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın Xətai rayonu, Nobel porospektində, Zığ yolunun kənarında olan 2-3 mərtəbəli qəzalı vəziyyətdə olan bir neçə yaşayış binası sökülüb. Pilot layihəyə uyğun olaraq sakinlərlə razılığa gəlinib və onlar həmin evlərdən köçürülüblər. Sökülən binaların yerində müasir görkəmli yeni, 16 mərtəbəli yaşayış binası tikilir.

Tikinti şirkətinin nümayyəndəsi Ramin Sadıqovun sözlərinə görə, köçürülən sakinlər 18 ay müddətinə kirayə mənzillərə yerləşdirilib. Artıq tikilməkdə olan binada işlərin müəyyən hissəsi görülüb. Yaşayış binasının gələn il sakinlərin ixtiyarına verilməsi planlaşdırlır.