Prezident İlham Əliyev Syerra-Leonenin dövlət başçısını təbrik edib


Digərləri 26 Apr 2018 20:04:00 194 0

Prezident İlham Əliyev Syerra-Leonenin dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bioya təbrik məktubu göndərib.

Bakı. Prezident İlham Əliyev Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bioya təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Syerra-Leone Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz və ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm. Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, qarşıdakı fəaliyyətinizdə uğurlar, xalqınıza sülh və tərəqqi arzulayıram". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin