400 minlik toyu olan Aysel: "...əxlaqsız qadın olduğumu deyib"


Digərləri 26 Apr 2018 17:13:00 256 0

400 minlik toyu olan Aysel: "...əxlaqsız qadın olduğumu deyib"

Bakıda xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlının cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Son.az-ın lent.az-a istinadən məlumatına görə, Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun icraatındadır.

Xatırladaq ki, bu iş üzrə təqsirləndirilən Elşən Əsgərli Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Ayselin birinci əri olub.  İş üzrə zərərçəkən də Aysel Şükürovanın ikinci həyat yoldaşı Oqtay Əhmədovdur.

İstintaqa şahid qismində ifadə verən Aysel Şükürova bildirib ki, Elşən Əsgərli ilə 2012-ci ildə ailə həyatı qurub: "2016-ci ildə rəsmi şəkildə boşanmışıq. Həmin nikahdan 1 övladımız olub. 2016-cı ildə Oqtay Əhmədovla ailə qurmuşam".

Məmur qızı istintaqda qeyd edib ki, Elşənlə evləndikdən bir müddət sonra onların arasında münasibət pozulmağa başlayıb: "Münasibətimiz pisləşəndən sonra Elşən mütəmadi olaraq  məni döyürdü. Ailə arasında heç bir səbəb olmadan münaqişə yaradırdı. Lakin mən isə böyüklərimiz, qohumlarımız arasında pis olmamaq üçün bunlara dözürdüm və heç kimə demirdim. Lakin, 2015-ci ildə Elşənin mənə qarşı bu cür davranışına dözə bilmədim. Ayrılmaq qərarı verdim və həmin gündən həmin evdən çıxdım. 2016-cı ilin mart ayında rəsmi şəkildə Elşən Əsgərlidən ayrıldım. Lakin Elşən boşandıqdan sonra da məndən əl çəkmirdi. Mütamadi olaraq narahat edirdi. Sosial şəbəkələrdə məni şantaj edir, şəkillərimi paylaşaraq, yeni səhifələr yaradırdı. Oqtayla evlənəndən sonra bunlar daha da çoxaldı. Başladı barəmdə nəlayiq ifadələr yazmağa, məqsədi ailəmi dağıtmaq idi. Oqtayla nişanlı olduğum vaxt Elşən mənim barəmdə ona əxlaqsız qadın olduğumu demişdi. Məqsədi ailə qurmağıma əngəl yaratmaq idi".