Qusarın Köhnə Xudat-Həzrə avtomobil yolu yenidən qurulur


Digərləri 26 Apr 2018 15:08:15 210 0

Qusarın Köhnə Xudat-Həzrə avtomobil yolu yenidən qurulur

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusar rayonunda bir-neçə yol layihəsi uğurla icra olunur.

Bakı. Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusar rayonunda bir-neçə yol layihəsi uğurla icra olunur. Bura 1 respublika və 2 yerli əhəmiyyətli (kəndlərarası) avtomobil yolu daxildir. Sadalanan bu yolların uzunluqları 78 km təşkil edir və 100 mindən artıq əhalinin yaşadığı 45 yaşayış məntəqəsini əhatə edir. Agentlikdən Trend-ə verilən məlumata görə, bu layihələrdən biri 21.5 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini əhatə edən Köhnə Xudat-Həzrə avtomobil yoludur. Yolun uzunluğu 21 km təşkil edir. Uzun müddətli istismar nəticəsində yol örtüyü tamamilə sıradan çıxıb, yol əsasında çoxlu sayda çökmələr, çalalar əmələ gəlib. Təbii ki, yolun bu vəziyyətdə olması gediş-gəlişi çətinləşdirməklə yanaşı, yol boyu kənd təsərrüfatının və turizmin inkişafına da mənfi təsir göstərirdi. Təmir-tikinti işlərindən sonra vətəndaşlar tam yeni və yüksək keyfiyyətli asfalt-beton örtüklü yoldan istifadə edə biləcəklər. Hazırda tikinti işləri çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 3100 kub.m həcmdə qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa olunur, yolun çiyin hissələri 42 min kv.m sahədə genişləndirilərək optimal qarışıqlı çınqılla bərkidilir, küvet hissələr açılır. Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətinin təmin edilməsini nəzərə alaraq 3 km uzunluğunda yeni piyada səkiləri inşa olunur, kənarlarına isə yeni səki daşları düzülür.