May ayında neçə qeyriiş günü olacaq?


Digərləri 26 Apr 2018 13:19:18 216 0

May ayında neçə qeyriiş günü olacaq?

May ayında 2 qeyri-iş günü olacaq. Belə ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən, 9 May - Faşizm üzərində Qələbə günü və 28 May - Respublika günü iş günləri hesab edilmir.

Son.az xəbər verir ki, bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

Şöbə müdiri qeyd edib ki, 9 May- Faşizm üzərində Qələbə günü çərşənbə gününə təsadüf edir və qeyri-iş günüdür: "28 May - Respublika günü isə bazar ertəsinə düşdüyündən həmin günün qeyri-iş günü olması ilə yanaşı, bu, eyni zamanda, beşgünlük iş həftəsi üzrə işləyənlərin üç gün (şənbə, bazar və bayram günü olan bazar ertəsi) ardıcıl olaraq istirahət etməsinə imkan verəcək".