İzzət Bağırova görə dava salanların cəzası bilindi


Digərləri 26 Apr 2018 12:30:00 300 0

İzzət Bağırova görə dava salanların cəzası bilindi

Qəsdən sağlamlığa ağır zərər vurmaqda və xuliqanlıqda təqsirləndirilən müğənni İzzət Bağırovun sürücüsü Elçin Cavadzadə, Tural Cahangirov və Rəsul Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Rəsul Ələkbərov və Elçin Cavadzadə barəsində islah işləri təyin edilib.

Digər təqsirləndirilən Tural Cahangirovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.

İttihama görə, hadisə Nizami rayonu, Mikayıl Əliyev küçəsi 9 ünvanında yerləşən "Neolit" şadlıq evində baş verib. Paytaxt sakini Novruz Aslanlının restoranda təşkil etdiyi şənlik zamanı qonaqlardan biri ilə müğənni İzzət Bağırov arasında mübahisə yaranıb.