Bu dövlətlər su altında qala bilər FOTO


Digərləri 26 Apr 2018 12:20:00 267 0

Bu dövlətlər su altında qala bilər  FOTO

Qlobal miqyasda okeanlarda və dənizlərdə suyun səviyyəsinin qalxması artıq 2030-cü ildə Okeaniyada və Mikroneziyada cırtdan ada-dövlətlərin bəzilərini məhv edə bilər.

Son.az The Times-a istinadən bildirir ki, ekspertlər Marşall arxipelaqındakı Roy-Namyur adasında 2013-2015-ci illər arasında araşdırmalar aparıblar. Həmin atollda yeganə içməli su mənbəyi yağışdır.

Alimlərin dediklərinə görə, okeanda suyun səviyyəsinin qaxması nəticəsində əvvəlcə Marşall adalarında, sonra isə Seyşel və Maldiv arxipelaqlarında fəlakətli dəyişikliklər başlanacaq.

2030-cu ildə Seyşel və Maldiv adaları, ümümiyyətlə, su altında qala bilərlər.


Xəbərə aid fotolar