Azərbaycan Beynəlxalq Bankı UNECdə karyera günü keçirdi


Digərləri 26 Apr 2018 12:11:09 265 0

Azərbaycan Beynəlxalq Bankı UNECdə karyera günü keçirdi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzində "Azərbaycan Beynəlxalq Bankının iş dünyası ilə tanışlıq" mövzusunda təqdimat keçirilib. Tədbir UNEC tələbələrinin Azərbaycan Beynəlxalq Bankının fəaliyyəti, bankda mövcud olan təcrübə proqramları barədə məlumatlandırılması, onların bu proqramlara cəlb olunması ilə maliyyə bazarları üçün peşəkar kadr hazırlığına dəstək, karyera istiqaməti seçimində gənclərin maarifləndirilməsi məqsədi daşıyıb.

Bank əməkdaşları tələbələrə bankın fəaliyyəti, məhsul və xidmətləri, fəaliyyət göstəriciləri, təcrübə proqramları və s. barədə ətraflı məlumatlar təqdim ediblər. İş həyatına doğru ilk uğurlu addımlar üçün CV-lərin peşəkar qaydada tərtibi, müsahibəyə hazırlıq barədə onlara tövsiyələr verilib. Tələbələrin sualları cavablandırılıb və CV-ləri qəbul olunub.