12 nəfəri öldürüb, 51 qadın zorlayan polis həbs olundu FOTO


Dünya 26 Apr 2018 11:28:00 254 0

12 nəfəri öldürüb, 51 qadın zorlayan polis həbs olundu  FOTO

1970-80-ci illərdə törədilən silsilə cinayət və təcavüz hadisələrinə görə keçmiş polis işçisi şübhəli bilinir.

Son.az Dailymail-ə istinadla xəbər verir ki, "golden state killer" adı ilə bilinən cinayətkarla polis işçisinin DNA nəticələri uyğunlaşdıqdan sonra polisin saxlanılması barədə qərar verilib.

O, 12 insan öldürüb, 51 qadın zorlayıb.

Joseph James DeAngelo Jr adlı 72 yaşlı polisin ilk qurbanları Brian Maggiore və xanımı Katie olub. Cinayət 1978-ci ildə törədilib.

Daha sonra onun başqa cinayətlər də törətdiyi məlum olub. Cinayətlərin üzərindən illər keçməsinə baxmayaraq polisin adı heç vaxt "radar"a düşməyib.

DeAngelonun 3 yetişkin qızı var. O, 1973-cü ildə Sharon Marie Huddle ilə ailə qurub, bir müddət sonra boşanıblar.