BANM Qazaxıstan-Britaniya Texniki Universiteti ilə memorandum imzaladı


Digərləri 26 Apr 2018 10:51:00 211 0

BANM Qazaxıstan-Britaniya Texniki Universiteti ilə memorandum imzaladı

Bakı Ali Neft Məktəbi (BANM) ilə Qazaxıstan-Britaniya Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Bakı. Bakı Ali Neft Məktəbi (BANM) ilə Qazaxıstan-Britaniya Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb. BANM-dan Trend-ə verilən məlumata görə, imzalanma mərasimində BANM-ın rektoru Elmar Qasımov, Qazaxıstan-Britaniya Texniki Universitetinin rektoru Kenzebek İbraşev, universitetin IT fakültəsinin dekanı, professor Fuad Hacıyev, BANM-ın Proseslərin avtomatlaşdırılması kafedrasınin müdiri Manafəddin Namazov və digərləri iştirak ediblər. Görüş zamanı Ali Məktəbin rektoru Elmar Qasımov qonaqlara BANM-ın fəaliyyəti, təlim-tədris proqramları, Ali Məktəbin son uğurları və yenilikləri haqqında qonaqlara məlumat verib. Daha sonra Elmar Qasımov Qazaxıstan-Britaniya Texniki Universitetilə BANM arasında yaranan dostluq və əməkdaşlıqdan məmnunluğunu bildirib.