Azərbaycanda Türkmənistana məxsus gəminin təmiri başa çatdırılıb (FOTO)


Digərləri 26 Apr 2018 10:45:00 228 0

Azərbaycanda Türkmənistana məxsus gəminin təmiri başa çatdırılıb (FOTO)

Türkmənistan Respublikasının Dəniz Ticarət Donanmasına məxsus “Berkarar” gəmi-bərəsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda təmir olunub.

Bakı. Türkmənistan Respublikasının Dəniz Ticarət Donanmasına məxsus “Berkarar” gəmi-bərəsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda təmir olunub. QSC-dən Trend-ə verilən məlumata görə, təmir vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilib. Belə ki, zavodda gəminin sualtı və suüstü hissələri təmizlənib və rənglənib. Bundan başqa, “Berkarar” gəmisinin hər iki baş mühərriki, dizel generatorları, 6 nasosu təmir olunub. Elektrik sistemləri sazlanıb. Eyni zamanda həm maşın şöbəsində, həm də göyərtdə boruquraşdırma işləri görülüb.