Uşaqlar üçün smartfon və planşet təqdim olundu


Digərləri 26 Apr 2018 08:41:00 313 0

Uşaqlar üçün smartfon və planşet təqdim olundu

"Archos" şirkəti azyaşlı istifadəçilər üçün "Junior" qurğular seriyasını təqdim edib. Bu seriyaya yaşı 3-dən yuxarı uşaqlar üçün "Junior Tab" planşeti və 7-dən yuxarı uşaqlar üçün "Junior Phone" smartfonu daxildir.

Son.az ICTnews-a istinadən bildirir ki, istehsalçının məlumatına görə, təqdim edilmiş qurğularda aparat konfiqurasiyası optimallaşdırılıb və xüsusi proqramlar quraşdırılıb: valideyn nəzarəti vasitələri və "Qustodio"dan veb səhifələrin filtri (1 il ödənişsiz), axtarış sistemi, dil, elm və incəsənətin sirlərinə yiyələnmək üçün proqramlar, musiqi dinləmək, video izləmək üçün proqram təminatı, proqramlaşdırma vasitələri.

"Archos Junior Tab" smartfonu 854x480 piksel təsvir ölçülü 5 düymlük ekran, 8 və 2 meqapiksellik kameralar, 1,2 QHs takt tezlikli 4 nüvəli prosessor, 1 QB-lıq əməli yaddaş və 8 QB-lıq daxili fləş yaddaş ("microSD" kartları ilə yaddaşın tutumunu artırmaq mümkündür), 2000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.