ABŞ qitələrarası ballistik raketini sınaqdan keçirib


Dünya 26 Apr 2018 07:57:20 277 0

ABŞ qitələrarası ballistik raketini sınaqdan keçirib

Bu, cari ildə ilk belə tipli sınaq olub

ABŞ-ın Hərbi Hava Qüvvələri (HHQ) "Minuteman III" qitələrarası ballistik raketini sınaqdan keçirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə HHQ-nin mətbuat xidməti məlumat yayıb.

Bu, 2018-ci ildə bu tip raketin ilk sınağı idi, sonuncu buraxılış 2017-ci ilin avqustunda baş tutub. Sınaq ilkin olaraq fevral ayına planlaşdırılsa da, sonradan vaxtı dəyişdirilib.

Raket döyüş başlığı ilə təchiz olunmayıb. Sınaq uğurlu olub, raketin əsas hissəsi hədəfə çatıb. Sınaq Kaliforniyanın cənubundakı Vandenberq bazasında həyata keçirilib.