Alimlər qadınlarda qocalma prosesindən xəbər verən əlamətləri açıqlayıblar


Digərləri 25 Apr 2018 21:27:00 264 0

Alimlər qadınlarda qocalma prosesindən xəbər verən əlamətləri açıqlayıblar

Alimlər qadınlarda qocalma prosesini göstərən bir neçə əlaməti açıqlayıblar. Sürətli qocalmanın təkcə 80 faizi xarici nizamlayıcı, 20 faizi isə hüceyrələrin genetikası ilə bağlıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qadın orqanizmində qocalma prosesinin başlanmasını xəbər verən 6 əlamət mövcuddur. Bunlardan heç olmasa birini özündə hiss edən qadın həyəcan təbili çalmalı və problemin həllini axtarmalıdır. Əks halda, mənfi nəticə zəncirvarı reaksiya verə bilər. Qadın orqanizmində ilkin pozulmalardan biri hormon zədələnməsidir. Bu, özünü əsasən menstruasiya dövrünün qeyri-müntəzəmliyində, bu zaman baş verən qeyri-adi hallarda göstərir. Nazikləşmiş göz qapaqları qadının yuxusuzluqdan, yorğunluqdan əziyyət çəkməyindən xəbər verir. Saçların kütləvi tökülməsi endokrinoloqa müraciət etməyə məcbur edəcək. Nəticədə qalxanabənzər vəzinin fəaliyyətində yaşla bağlı patologiyalar aşkarlanacaq. Bundan başqa, alimlər xüsusilə diqqətə çatdırırlar ki, qocalıq barədə dəri dərhal xəbər verir. Bu zaman bürüşüklük, şişkinlik, piqmentin dəyişməsi baş verir.