"Tsarukyan" Nikol Paşinyanın namizədliyini dəstəkləməyəcəyini açıqlayıb


Dünya 25 Apr 2018 20:42:47 232 0

"Tsarukyan" Nikol Paşinyanın namizədliyini dəstəkləməyəcəyini açıqlayıb

"Biz xalqla birlikdəyik, Nikol Paşinyanla deyil"

"Tsarukyan" bloku Nikol Paşinyanın rəhbərlik etdiyietiraz hərəkatına qoşulub, lakin bu, onun ölkənin baş naziri vəzifəsinənamizədliyinin qeyd-şərtsiz dəstəklənməsi demək deyil".

"Report"un Ermənistan KİV-inə istinadən verdiyi xəbərə görə, bunu fraksiyanın katibi Vaqe Enfiadjyan deyib.

"Biz ölkənin ikinci siyasi qüvvəsini təmsil edirik. Biz Nikol Paşinyanla deyil, xalqımızla birlikdəyik və səslərimizi heç kimə verməyəcəyik", - o deyib.

Qeyd edək ki, "Tsarukyan" bloku ölkə parlamentində 31 deputatla təmsil olunur.