Bakının bu hissələrində sabah qaz olmayacaq


Digərləri 25 Apr 2018 20:09:00 228 0

Bakının bu hissələrində sabah qaz olmayacaq

Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Bakı. Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, Məhəmməd Hadi küçəsində yeni çəkilmiş diametrləri 315,159 və 108mm-lik polietilen qaz xəttlərinin şəbəkəyə qoşulması ilə əlaqədar, aprelin 26-da saat 10:00-dan təmir işlər tamamlananadək Xətai rayonunun Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.