"Klip çəkməyə vaxtım yoxdur" Üzeyir Mehdizadə VİDEO FOTO


Şou-biznes 25 Apr 2018 17:09:00 359 0

"Klip çəkməyə vaxtım yoxdur"  Üzeyir Mehdizadə  VİDEO  FOTO

Son.az bildirir ki, ARB Ulduz-un "Virtual həyat" proqramının növbəti qonağı müğənni Üzeyir Mehdizadə olub.

Özü olmadan səsi sərhədin o bir tərəfində türkiyəli fanatlarını silkələməyi bacaran sənətçinin qardaş ölkədə baş tutan konsertinin səsi-sorağı səngimək bilmir:

"Son zamanlar bilirdim ki, Türkiyədən həddən artıq çox tələbat var. Sevgilərini, dəstəklərini görürdüm. İnanırdım ki, getdiyim konsert gözlədiyim nəticəni verəcək. Konsert İğdırda olmuşdu. Bir konsertimiz Qaziantepdə baş tutdu. Konsetlərə nəinki həmin şəhərlərdən, ümumiyyətlə, Türkiyənin müxtəlif bögələrindən də gəlmişdilər".

Klip olmadan mahnıları işıq üzü görən kimi özü özünü tanıtmağa başlayan müğənni, 51 milyon baxış sayı olan "Yaxşı olar" mahnısına klip çəkdirəcəyini söylədi:

"Həqiqətən, klip çəkməyə vaxtım yoxdur. Klipin hər şeyi hazırdır, sadəcə məndən cavab gözləyirlər ki, vaxt deyim və klip çəkilişləri başlasın. Yaxın zamanlarda tamaşaçıları sevindirəcəm. "Yaxşı olar" mahnısına klip çəkiləcək. Ssenarisi də mənə aiddir.


Xəbərə aid foto