Ermənistan yenə qaynayır


Dünya 25 Apr 2018 14:01:00 254 0

Ermənistan yenə qaynayır

"Yelk" ("Çıxış") parlamet fraksiyasının lideri, Ermənistan müxalifətinin hazırda faktiki lideri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvanda bu gün etiraz aksiyaları yenidən başlayıb.

Son.az "Azatutyun"a istinadən bildirir ki, vətəndaş itaətsizliyi aksiyasınan səbəb N.Paşinyanla mövcud hakimiyyət arasında bu gün üçün nəzərdə tutulmuş danışıqların baş tutmamasıdır.

N.Paşinyan tərəfdarlarını İrəvandakı Respublika meydanına çağıraraq "xalqın "məxməri inqilabı"ının uğurlarını qoruyaq!" deyib.

"Yelk" fraksiyasının üzvü, "Maariflənmiş Ermənistan" partiyasının mənsubu Edmon Marukyanın dediyinə görə, Nikol Paşinyan baş nazir postuna namizəd ola bilər.

"Parlamentdə 40 mandatımız var. Paşinyanın baş nazir postuna namizədliyini irəli sürmək üçün 13 səs çatışmır. Ümid edirəm ki, bu səsləri iqtidardakı Ermənistan Respublika Partiyası və "Daşnaksutyun"dan ala bilərik. Elə bir vəziyyət yaranıb ki, Respublika Partiyası hakimiyyətdən imtina etməsə heç nə dəyişən deyil", - E.Marukyan deyib.


Xəbərə aid video