Norveçli şahmatçı Maqnus Karlsen Şəmkirdə futbol turnirinin qalibi oldu (FOTO)


Digərləri 25 Apr 2018 13:54:00 221 0

Norveçli şahmatçı Maqnus Karlsen Şəmkirdə futbol turnirinin qalibi oldu (FOTO)

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin iştirakçıları və təşkilatçılar arasında futbol turniri keçirilib.

Bakı. Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin iştirakçıları və təşkilatçılar arasında futbol turniri keçirilib. Turnirin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şəmkir Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 4 komanda mübarizə aparıb. Azərbaycan və xarici şahmatçılardan ibarət komandalarla yanaşı, yarışda həmçinin ShamkirChess 2018 superturnirinin təşkilatçılarından formalaşan iki kollektiv çıxış edib.