Rusiyanın Ermənistandakı səfirliyi təhlükəsizlik tədbirlərini gücləndirib


Dünya 25 Apr 2018 12:57:36 244 0

Rusiyanın Ermənistandakı səfirliyi təhlükəsizlik tədbirlərini gücləndirib

Diplomatik missiyanın əməkdaşlarına səfirlik ərazisini tərk etməmək tövsiyə olunub

Rusiyanın Ermənistandakı səfirliyi paytaxt Yerevanda davam edən etiraz aksiyaları iləəlaqədar əlavə təhlükəsizlik tədbirləri görüb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə diplomatik missiyadan məlumat verilib.

Bildirilib ki,diplomatik missiyanın əməkdaşlarına səfirlik ərazisini tərk etməmək tövsiyə olunub.

Bununla yanaşı, səfirlik Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin ilə görüş keçirmək niyyətini açıqlayan müxalifət lideri Nikol Paşinyanın bəyanatını şərh etməyib.

Qeyd edək ki, N.Paşinyan daha əvvəl Avropa İttifaqıölkələrinin səfirləri ilə görüşüb. O, rusiyalı səfirdən başqa, ABŞ-ın diplomatik missiyasının rəhbəri ilə də görüşmək niyyətindədir.