Karbamid zavodunun işə düşəcəyi TARİX bilindi


Digərləri 25 Apr 2018 12:53:00 193 0

Karbamid zavodunun işə düşəcəyi TARİX bilindi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) karbamid zavodunun tikintisi işləri 99,2 faiz başa çatıb.

Bakı. Maksim Tsurkov - Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) karbamid zavodunun tikintisi işləri 99,2 faiz başa çatıb. Trend-in məlumatına görə, bunu zavodun direktoru Xəyal Cəfərov deyib. O qeyd edib ki, layihənin bu ilin dördüncü rübündə təhvil veriləcəyi gözlənilir. Direktorun sözlərinə görə, avqust-sentyabr aylarında ilk köməkçi məhsul – ammiak istehsal olunacaq: “Bundan sonra karbamid istehsalı üzrə bölmə işinə başlayacaq və “Made in Azerbaijan” brendi ilə ilk karbamid oktyabr-noyabr ayında əldə olunacaq”.