Ermənistanın baş nazir əvəzi bəyanatla çıxış edib: "Birbirimizə təzyiq göstərmək lazım deyil”


Dünya 25 Apr 2018 12:12:00 313 0

Ermənistanın baş nazir əvəzi bəyanatla çıxış edib: "Birbirimizə təzyiq göstərmək lazım deyil”

Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyan bu gün səhər bəyanatla çıxış edib.

Son.az APA-ya istinadən xəbər verir ki, K.Karapetyan bildirib ki, Ermənistan prezidentinə növbədənkənar parlament seçkilərinin keçirilməsinə qədər parlamentdə təmsil olunan və olunmayan siyasi qüvvələrin iştirakı ilə görüş təşkil etməyi təklif edib: "Ən məntiqli qərar siyasi partiyaların qanun çərçivəsində bir masa arxasında oturaraq, əgər ehtiyac olarsa, növbədənkənar seçkilərin keçirilməsini müzakirə etmək, vaxtı təyin etmək barədə müzakirə aparmasıdır. Lakin belə davam edərsə, bizim iqtisadi problemlərimiz olacaq. Turistlər gəlməyəcək, investorlar geri qayıdacaq. Mən vətəndaşlarımızın iradə və narazılıqlarına hörmətlə yanaşıram. İndi biz bəyan edirik ki, siyasi qüvvələr bir masa arxasında oturacaq və müzakirə aparacaq. Gəlin, onların danışıqlar aparmasına imkan verək. Bir-birimizə təzyiq göstərmək lazım deyil".