İndoneziyada neft quyusunda baş verən yanğın nəticəsində 10 nəfər ölüb - YENİLƏNİB


Dünya 25 Apr 2018 11:33:00 237 0

İndoneziyada neft quyusunda baş verən yanğın nəticəsində 10 nəfər ölüb - YENİLƏNİB

Yanğın həmçinin üç evi tam məhv edib

İndoneziyada qeyri-qanuni neft quyusunda baş verən yanğın nəticəsində azı 10 nəfər ölüb, onlarla insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə RT AFP-yə istinadən məlumat verib.

Qeyd olunur ki, yanğın həmçinin üç evi tam məhv edib. Yanğın hələ də söndürülməyib.

Agentliyin məlumatına görə, hadisə nəticəsində neft sızması baş verib. Sızmanın miqyası mütəxəssislər tərəfindən qiymətləndirilir.

Polis ölənlərin sayının yaxın vaxtlarda artacağını hesab edir. Hazırda yanğının səbəbi dəqiq bilinmir.

***06:41

İndoneziyada neft quyusunda yanğın olub.

"Report" xəbər verir ki, bu barədə "CNN Indonesia" məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Açex vilayətində qeydə alınıb. Yanğın qeyri-leqal neft quyusundabaş verib.

"Daily Star"ın məlumatına görə isə, hadisə nəticəsində 10 nəfər ölüb. Habelə onlarla insan xəsarət alıb. Hadisə zamanı həmçinin 3 ev yanıb.

Yanğının başvermə səbəbləri araşdırılır.