Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə Bakıda İnsan Resursları forumu keçiriləcək


Digərləri 25 Apr 2018 11:10:00 255 0

Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə Bakıda İnsan
Resursları forumu keçiriləcək

Bakıda “Human Capital Forum - 2018” keçiriləcək.

Bakı. Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan İnsan Resursları Cəmiyyətinin (HR Society) birgə təşkilatçılığı, Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu ilə 4 may 2018-ci il tarixində Bakıda “Human Capital Forum - 2018” keçiriləcək. Azərbaycan Beynəlxalq Bankından Trend-ə verilən məlumata görə, belə bir forumun təşkilində məqsəd insan resursları sahəsində çalışan mütəxəssisləri bir araya gətirmək, onların peşəkar inkişafına dəstək vermək, təcrübə mübadiləsi aparmaq, HR sahəsində baş verən yeniliklərlə tanışlıq, onların Azərbaycanda da tətbiqi imkanlarını birgə dəyərləndirmək və bu istiqamətdə müştərək fəaliyyət üçün motivasiya yaratmaqdır. Tədbirdə maliyyə qurumlarının HR menecerləri, Azərbaycan İnsan Resursları Cəmiyyətinin üzvləri, insan resurslarının idarə olunması sahəsində fəaliyyət göstərən tədqiqatçılar, təlimçilər və məsləhətçilər iştirak edəcəklər.