Yanğında bir ailənin üzvləri yanıq xəsarətləri alıb YENİLƏNİB


Digərləri 25 Apr 2018 08:36:00 265 0

Yanğında bir ailənin üzvləri yanıq xəsarətləri alıb  YENİLƏNİB

08:36

Gəncə şəhərində, Kəlbəcər rayonundan olan məcburi köçkünlərin yaşadığı yataqxanada baş verən yanğın zamanı xəsarət alan uşaqların kimliyi məlum olub. 

Son.az report.az-a istinadən bildirir ki, hadisə zamanı Alməmmədova Yasəmən (2005-ci il təvəllüdlü), Alməmmədova Şəfiqə (2009-cu il təvəllüdlü), Alməmmədov Təbriz (2010-cu ildə anadan olub), Alməmmədova Aylin (2014-cü il təvəllüdlü), Alməmmədov Tərlan (2007-ci ildə doğulub), Alməmmədov Tunar (2015-ci il təvəllüdlü) xəsarət alıblar.

Yaralılardan Y. Alməmmədovanın vəziyyəti ağır, T. Alməmmədovun vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti isə qənaətbəxş hesab olunur. Övladlarını xilas edən Malik Alməmmədovun vəziyyəti orta-ağır, həyat yoldaşının vəziyyəti isə normal qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

----------

02:50

Gəncə şəhərində yataqxanada baş verən yanğın hadisəsi zamanı bir ailənin üzvləri yanıq xəsarətləri alıb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Totanlı küçəsində yerləşən və Kəlbəcər rayonundan olan məcburi köçkünlərin yaşadığı yataqxanada baş verib. 

İlkin məlumata görə, yanğın nəticəsində, 1975-ci il təvəllüdlü Alməmmədov Malik Hidayət oğlu və həyat yoldaşı, həmçinin ailənin 6 övladı müxtəlif bədən xəsarətləri alıblar. 

M. Alməmmədov və həyat yoldaşı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, onların övladları isə Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.