Azərbaycanda iri qızıl filizi yatağının işlənməsi üzrə planlar açıqlanıb


Digərləri 25 Apr 2018 08:07:00 434 0

Azərbaycanda iri qızıl filizi yatağının işlənməsi üzrə planlar açıqlanıb

2018-ci ilin sonuna qədər Daşkəsən rayonunda yerləşən "Çovdar" yatağının istismarı çərçivəsində sulfid fazasının texniki-iqtisadi əsaslandırma sənədi hazır olacaq.

Son.az bildirir ki, bunu Trend-ə eksklüziv intervyusunda "AzerGold" dövlət şirkətinin idarə heyətinin sədri Zakir İbrahimov deyib.

Z.İbrahimov bildirib: "Hal-hazırda "Çovdar" yatağında əlvan və qiymətli metalların hasilatını həyata keçiririk. Azərbaycanlı geoloqlar tərəfindən 1998-ci ildə kəşf olunan yatağın istismarı 2 fazadan ibarətdir: yerüstü (oksid) və yeraltı (sulfid) fazaları. Hal-hazırda "AzerGold" QSC hasilatın 2021-ci ilə qədər davam edəcək yerüstü mərhələsini həyata keçirir, ondan sonra sulfid fazası gələcək. Beynəlxalq konsaltinq şirkəti ilə əməkdaşlıq çərçivəsində ilin sonuna kimi sulfid fazasının texniki-iqtisadi əsaslandırma sənədi hazır olacaq. Bizim ilkin proqnozlarımıza görə, "Çovdar" yatağının istismarı ən azı beş il davam etdiriləcək".