Göldə əjdaha iddiası: "Boz rəngdə idi, suyun üzünə çıxdı..." VİDEO


Digərləri 25 Apr 2018 07:55:00 291 0

Göldə əjdaha iddiası: "Boz rəngdə idi, suyun üzünə çıxdı..."  VİDEO

Dakota Frendsen adlı turist ABŞ-ın Şotlandiya dağları yaxınlığında yerləşən Arkart qalasının ətrafındakı Lox-Ness gölündə naməlum varlığın üzdüyünü görüntüləyib.

Son.az xəbər verir ki, uzunluğu 12 metrə çatan su heyvanının nə olduğu bəlli deyil. D.Frendsen deyir ki, rəngi boza çalırdı:

"Üzərkən suyun üzərinə çıxdı. Boz rəngli əjdahanı xatırladan görünüşü vardı. Bir yox, bir neçə dənə idi. Əjdahanı xatırladırdı desəm, yalan olmaz".

2017-ci ildə bənzər hadisə yaşanmışdı. İstirahətə gələn 11 turist həmin yerdə əjdaha gördüyünü iddia etmişdi. Bu say 1 il ərzində 15 nəfərə çatıb.