Yasəmən gülünün suyu içilir, yarpaqlarından maska hazırlanır


Digərləri 24 Apr 2018 23:25:00 273 0

Yasəmən gülünün suyu içilir, yarpaqlarından maska hazırlanır

Əsasən tropik və subtropik bölgələrdə yetişən yasəmənlər bəyaz, bəzən qırmızı və ya sarı rəngli ləçəklərə sahib olan xoş ətirli bitkidir.

Yarpaqlarına görə iki növü var: ilboyu yaşıl yarpaqlı və qışda yarpaqlarını tökən. Onlardan ən məşhuru adi yasəməndir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bölgənin iqlimindən asılı olaraq həmin çiçəklər bəzi yerlərdə qışda yarpaqlarını tamam tökür. Yazın əvvəlindən payızın axırlarına qədər çiçək açan həmin növün kiçik, tünd yaşıl yarpaqları, xoş ətirli bəyaz çiçəkləri var. Çiçəkləri beş tac yarpaqdan ibarətdir.

Qış yasəməni adlandırılan növ isə yarpaqlarını tökməsinə baxmayaraq, ulduzşəkilli sarı-qızılı çiçəkləri ilə göz oxşayır. Həmin növ dekorativ bitki kimi parkları bəzəyir.