Bu dərmanları təhlükəsiz hesab edirik, amma...


Digərləri 24 Apr 2018 23:05:00 278 0

Bu dərmanları təhlükəsiz hesab edirik, amma...

Qrip, soyuqdəymə, özkürək, qızdırma və sair kimi hallara uşaqlar arasında daha sıx rastlanır.

Bu uşaqların immun sisteminin tam inkiaş etməməsi ilə bağlıdır. Belə hallarda valideynlər çarəni dərman preparatlarında görürlər. Uşaqlara sağlamlıq baxımından daha uyğun gördükləri bitki dərmanları verməyə çalışırlar. Amma mütəxəssislər, bütün dərmanların olduğu kimi, bitki tərkibli dərmanların da yerli-yersiz istifadəsi zamanı müəyyən fəsadlara yol açacağını bildirirlər.

Son.az lent.az-a istinadən bildirir ki, bununla bağlı məlumat verən pediatr Altay Abdullaoğlu deyir ki, bütün dərmanların fəsadları, yan təsirləri mövcuddur: "Həkimin məsuliyyəti xəstəyə doğru diaqnoz qoymaq və o xəstəni sağaltmaq üçün imkan daxilində ən yüngül, ən az sayda dərmanların təyin edilməsidir. Uşaqlara dərman preparatları verilərkən mütləq olaraq onların yaşı, çəkisi nəzərə alınmalıdır. Lakin həkim doğru diaqnoz qoyduqdan, uşağın yaşını, çəkisini düzgün nəzərə aldıqdan sonra belə fəsadlar baş verərsə, bundan dolayı həkim məsul deyil".