"Lamiyyə mənim haqda Siyavuş Novruzova deyib ki..."


Şou-biznes 24 Apr 2018 22:41:00 257 0

"Lamiyyə mənim haqda Siyavuş Novruzova deyib ki..."

Xalq artisti Ağadadaş Ağayev Kamran Həsənlinin aparıcısı olduğu "Onda başladıq" verilişində sensasion açıqlamalarla çıxış edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, sənətçi yaşlı sənətkarların musiqimizə laqeyd yanaşdığını  dilə gətirib:

"Musiqimizdə anarxiya hökm sürür. Habil Əliyevdən sonra heç bir sənətkarımız musiqimizin təəssübünü çəkmir, ictimai qınaq yoxdur.  Belə olanda hərcmərclik yaranır. Kiməsə irad tutanda sənin özünə problem yaratmağa başlayırlar. Hər kəsin əqidəsi var".

A.Ağayev bütün partiyaların üzvlərinə hörmətlə yanaşdığını qeyd edib. Xalq artisti aparıcı Lamiyyə Ələkbərqızını da ona qarşı haqsızlıqda ittiham edib: "Ola bilər ki, bu kişi müxalifətdə bir partiyanın üzvüdür, mən iqtidar partiyasının. Əsas odur ki, sağlam insan olsun. Bu yaxınlarda YAP-ın xətti ilə konsertə getdim. YAP-ın qarşısında dörd saat oturmuşam, dörd saat sonra Siyavuş Novruzova deyiblər ki, Ağadadaş gəlməyib. Lamiyyə adlı bir qız var e, xallı, o deyib. Gördüm konserti bağladılar, oturub maşınıma getdim. Qəddar zarafat ediblər, haqqını da alacaqlar".

Sənətkar bildirib ki, bu, ona qarşı qərəzdir: