Ermənistanda ciddi qarşıdurmaların ikinci raundu başlayır


Dünya 24 Apr 2018 22:33:00 222 0

Ermənistanda ciddi qarşıdurmaların ikinci raundu başlayır

Serj Sarqsyanın istefası ilə Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başlayacaq

Erməni müxalifəti qələbə qazandı. Ölkənin yeni baş naziri Serj Sarqsyan istefa verdi. Bu, çoxları üçün gözlənilməz oldu. Lakin proseslərin ilk günündən bəlli idi ki, Serj əsas dayağını - Rusiyanın dəstəyini itirib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Azər Rəşidoğlunun yazısını təqdim edir Ermənistandakı prosesləri izləyən müşahidəçilərin qənaətinə görə, bu ölkədə sistemli müxalifət mövcud deyil. "Qarabağ klanı" ilə mübarizə aparmaq üçün müxalifətin nə güclü strukturu, nə də seçki yolu ilə hakimiyyətə gəlmək üçün şansı var idi. Lakin müxalifət qələbə qazandı. Deməli, Yerevanda cərəyan edən proseslərdə "xarici amil" mövcud idi.

Məsələ ondadır ki, Moskva Sarqsyana Avropa İttifaqı ilə əməkdaşlıq müqaviləsini bağışlamadı. Ermənistanda hakim elitadan narazılıqlar günü-gündən artırdı. Serji ancaq Kreml xilas edə bilərdi. Kreml isə "cızığından çıxmış köləni" sadə üsulla cəzalandırdı - heç nəyə qarışmadı və "səfil küçə uşağını" xatırladan Paşinyan turist geyimində meydana çıxdı və tezliklə "Xocalı canisi" ağ bayraq qaldırdı.

Təhlilçilər əmindirlər ki, Sarqsyanın hakimiyyətdən getməsi Rusiyanın bu ölkəyə təsirini heç bir halda azalda bilməz. Burada bir məqama diqqət etmək lazım gəlir. Ermənistandakı etiraz aksiyası demokratik inqilab deyildi. Baxmayaraq ki, proseslərdə Qərb də iştirak edirdi, bununla yanaşı baş verənlərdə Serjdən narazı qalan Kremlin mesajı açıq sezilirdi - ya mənimlə olursan, ya kütlə səni tapdalayır. Kremlin nəzarətində olan saytlar mitinqlərdən anbaan məlumat yayır və müxalifətə dolayı dəstək verirdi.

Burada bir sual meydana çıxır: Serjin istefası və "Qarabağ klanı"nın məğlubiyyəti Ermənistan - Azərbaycan danışıqlarına təsir edəcəkmi? Əksət təhlilçilər belə hesab edirlər ki, Ermənistanda və Azərbaycanda Qarabağ probleminə münasibət dəyişməz qalacaq. Qarabağ hər iki ölkə üçün "qırmızı xətt"dir. Ondan imtina barədə düşünən istənilən siyasi qüvvə üçün bu, intihardır.

Ermənistan Rusiyanın forpostudur və Kreml problemi hansı formada həll etmək istəsə, Yerevan bununla razılaşacaq. Onu da vurğulayaq ki, etiraz aksiyalarına rəhbərlik edən Nikol Paşinyan türklərə və Azərbaycana aşırı nifrəti ilə tanınır. O, daha radikal şüarlar səsləndirə bilər. Bu məsələdə heç kəs reallığı qəbul edə bilməz. Levon Ter-Petrosyanın acı taleyi erməni siyasətçilərinə bir dərs oldu.