Sarkisyanı postdan aşıran Paşinyan baş nazir olmaq istəyir VİDEO


Dünya 24 Apr 2018 21:13:00 272 0

Sarkisyanı postdan aşıran Paşinyan baş nazir olmaq istəyir  VİDEO

"Məxməri inqilab" yarımçıq qala bilməz və onu sonadək başa çatdırmaq lazımdır''.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu fikirləri müxalifətin "Çıxış" fraksiyasının rəhbəri, "Məxməri inqilab" komitəsinin lideri Nikol Paşinyan erməni mətbuatına bildirib. O, erməni xalqını yenidən respublika meydanına səsləyib. Paşinyan bildirib ki, ölkənin gələcək həyatı ilə bağlı qərar sabah axşam xalqa birgə veriləcək.

Nikol Paşinyan sabah baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyanla görüşəcəyini bildirib. Danışıqlarda əsas müzakirə mövzusu baş nazir postunun sahibinin müəyyənləşməsi və ölkənin bundan sonrakı taleyi olacaq. Paşinyan birmənalı şəkildə vurğulayıb ki, 'Serj Sarkisyan və Respublikaçılar Partiyası yaranmış vəziyyət nəticəsində kölgə rejimi ilə dövləti idarə edəcklərinə ümid etməsinlər və ən yaxşısı bu xülyadan əl çəksinlər, hazırda Ermənistanda hakimiyyət xalqın əlindədir.Buna müqavimət göstərmək əhəmiyyətsizdir.

Paşinyan baş nazir postuna iddiasını bir cümlə ilə ifadə edib. "Xalq mənə etimad göstərsə, bundan imtina etmərəm".


Xəbərə aid video