Rusiyalı politoloq: "Ermənistan müxalifətinin fikri qətidir"


Dünya 24 Apr 2018 20:00:00 305 0

Rusiyalı politoloq: "Ermənistan müxalifətinin fikri qətidir"

"Ermənistanda vəziyyət təsadüfən kəskinləşmədi. Serj Sarqsyanın baş nazir təyin edilməsi yürüdülən siyasətdən, iqtisadi durğunluqdan yorulan əhalini özündən çıxartdı".

Son.az xəbər verir ki, bunu report-a rusiyalı politoloq Nikita Qolobokov deyib.

Onun sözlərinə görə, 2015-ci ildə Yerevanda baş verən "elektromaydan" və 2016-cı ildə "Sasna Tsrer" silahlı qruplaşmasının qiyamı bütün Qarabağ klanı üçün olmasa da, Sarqsyan üçün artıq yenidən hakimiyyətə can atmağın problemli olacağını düşünməyə əsas verirdi.

Ekspert əlavə edib ki, "Qarabağ klanı"nın mövqeləri hələ də çox güclüdür və onlar çətin ki hakimiyyətdən uzaqlaşmaq istəyələr: "Karen Karapetyan (baş nazirinin müavini - red.) da eyni klandandır. Sarqsyanın gedişinin maskarad olub-olmadığı çətin sualdır. Çünki müxalifətin fikri qətidir və onlar belə dəyişikliklə razılaşmayacaqlar".